Həkim qan təzyiqi ilə bağlı məşhur mifi DAĞITDI

 20:27 01.07.2024     365

"Parasetamol qəbulu qan təzyiqini artırmır".

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə həkim Aleksandr Myasnikov danışıb.

Mütəxəssis bildirib ki, parasetamol həqiqətən də qaraciyər xəstəliyi olan insanlarda, eləcə də alkoqoldan sui-istifadə edənlərdə qan təzyiqinin artmasına səbəb ola bilər.

“Parasetamol qan təzyiqini artırırmı? Cavab: Xeyr", - həkim izah edib.

Eyni zamanda, həkim əlavə edib ki, qeyri-steroid "antiinflamatuar" dərmanlar mədə üzərində təsir göstərir və həmçinin qan təzyiqini, infarkt və insult riskini artıra bilər.

Onun sözlərinə görə, parasetamol bu qrupdan ən təhlükəsiz dərmandır.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən