Ev hovuzunda çimmək TƏHLÜKƏLİDİR

 10:34 02.07.2024     198

Ev hovuzunda müntəzəm qulluq və şəxsi gigiyena qaydalarına riayət edilmədən çimmək müxtəlif xəstəliklərə səbəb ola bilər. 

Redaktor.az xəbər verir ki, bunu “INVITRO-Ural” şirkətinin baş həkimi Nadejda Podkorytova “İzvestiya”ya deyib.

O bildirib ki, gigiyena qaydalarına düzgün riayət edilməmə səbəbindən ev hovuzlarından istifadə yoluxucu xəstəliklərə səbəb olur. Həmçinin suda həddindən artıq xlor və digər dezinfeksiyaedici maddələr dərinin gözlərin yollarının və s. qıcıqlanma şəklində allergik reaksiyaların inkişafına yol açır. Hovuzu təmizləmək üçün istifadə edilən kimyəvi maddələrin hissəciklərinin inhalyasiyası burun axmasına, qaşınmaya, asqırmağa, öskürməyə səbəb ola və nəfəs almaqda çətinlik yarada bilər. Gözlərə girərsə, konjonktivit inkişaf edə bilər.

Hovuzları dezinfeksiya etmək üçün istifadə edilən natrium hipoxlorit, xlor, hidrogen peroksid kimi bir çox məhsullar düzgün istifadə edilmədikdə dəri, buynuz qişa, hovuzdan su udulduğu halda isə mədə-bağırsaq traktının selikli qişasının yanmasına gətirib çıxarır. 

Baş həkim hovuz avadanlıqlarının mütəmadı olaraq yoxlamaq və onlara qulluq etməyin vacib olduğunu söyləyib.

“Hovuz avadanlıqlarınızı mütəmadi olaraq yoxlamaq və onlara qulluq etmək vacibdir. İstifadə olunmayan vaxtlar üçün su hovuzunun qabını xüsusi tentlə örtmək məsləhətdir. Suyun keyfiyyətini müəyyən etmək üçün pH səviyyəsini göstərən xüsusi test zolaqlarından (norma 7,0-7,4 arasındadır), göstərici mayesi olan əl testerlərindən və ya xlor, brom və digər vacib göstəricilərin səviyyəsini təyin etmək üçün tabletlərdən istifadə edə bilərsiniz. Siz həmçinin laboratoriyaya su nümunəsi təqdim edə bilərsiniz. Suyun peşəkar diaqnostikası və müalicəsi mənfi nəticələrin qarşısını almağa kömək edəcəkdir. Şişmə ev hovuzlarında suyun hər gün dəyişdirilməsi tövsiyə olunur. Suyu hər gün dəyişmək mümkün deyilsə, bunun üçün xüsusi hazırlanmış xlor tərkibli məhsullardan istifadə etməklə suyu dezinfeksiya etmək lazımdır”, - deyə həkim qeyd edib.

Aygün Mirakif