Bionik ayaqları təbii yeridəcək texnologiya icad OLUNDU

 17:49 02.07.2024     391

Əzələ bağları ilə əlaqə quran sinir sistemi mərkəzli texnologiya ilə inkişaf etdirilən bionik ayaq sayəsində amputasiya olunanlar təbii yerimə sürətlərini bərpa edə biləcəklər.

Redaktor.az xəbər verir ki, Nature Medicine jurnalında dərc edilən araşdırma çərçivəsində bionik ayağın beyin fəaliyyətini idarə edən əzələlərdəki sinirlərlə əlaqəsi araşdırılıb.

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları dizdən aşağı amputasiya edilmiş 14 nəfərin iştirakı ilə araşdırma aparıblar.

Araşdırmada bu insanların 7-si neyroprotez texnologiyası ilə hazırlanmış bionik ayaqla təchiz edilib, digər 7-si isə standart müalicə alıb.

İştirakçıların düz və maneəli səthlərdə yerimələrinin araşdırıldığı araşdırmada, bionik ayaqları olanların digər qrupa nisbətən yüzdə 41 daha sürətli hərəkət etdiyi məlum olub.

Araşdırmada bionik ayaqları olan insanların rəqs edərkən və qaçarkən rahat hərəkət edə bildiyi qeyd edilib. Həmçinin neyroprotez texnologiyası ilə inkişaf etdirilən bionik ayağın əzələlərə yerləşdirilən sensorlar vasitəsilə hərəkətlilik qazandığı və bu sensorların ayaq biləyinin nə qədər əyiləcəyini hesablamasına imkan verdiyi ifadə edilib. 

Aygün Mirakif