Tütün qədər zərərli qidalar – Süfrənizdən yığışdırın!

 01:46 03.07.2024     334

Tərkibində kanserogen maddələr olan qidalarda uzaq durmaq lazımdır.

Bəzi qidalar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təhlükəli olaraq təsnif edilir.

Ən azı tütün qədər zərərli olan həmin qidalar əsla istehlak edilməməlidir.

Sağlam qidalanma bədəninizin ehtiyac duyduğu qidaları balanslaşdırılmış şəkildə əldə etməklə ümumi sağlamlığınızı qorumağın ən təsirli yoludur. İmmunitet sistemini gücləndirmək və xəstəliklərdən qorunmaq üçün sağlam qidalanma böyük əhəmiyyət kəsb edir. Ancaq müasir həyatın çətinlikləri, xüsusən də şəhər həyatı sağlam qidalanmağı çətinləşdirir.

Redaktor.az medicina-ya istinadən xəbər verir ki, “New York Post” qəzeti ən zərərli qidaları ictimaiyyətlə paylaşaraq bu mövzuda insanları maarifləndirməyi hədəfləyir.

Orqanizmə ən çox zərər verən qidaları təqdim edirik:

1. Emal edilmiş ətlər

Kolbasa, sosis, hisə verilmiş ətlər sağlamlığınız üçün ciddi risklər yaradır. ÜST emal edilmiş ətləri 1-ci qrup kanserogen kimi təsnif edir. Yəni onların xərçəngə səbəb olduğu rəsmi olaraq açıqlanıb. İşlənmiş ətlərin tərkibində təzə ətdə olmayan kimyəvi maddələr var və bu kimyəvi maddələr xərçəng riskini artırır.

İşlənmiş ət istehlakı koronar arteriya riskini də artırır.

2. Rafine karbohidratlar

Ağ çörək, ağ düyü, makaron, xəmir məmulatları və pizza kimi karbohidrat mənbələri bədəndə iltihabı artırır və yüksək şəkər tərkibinə görə piylənmə ilə əlaqələndirilir. Bu cür qidalar sağlamlığınıza mənfi təsir göstərir.

3. Hidrogenləşdirilmiş yağlar

Bir çox qablaşdırılmış qida və fast-food məhsullarında olan hidrogenləşdirilmiş yağların ölüm nisbətini artırdığı bildirilir. Ona görə də qablaşdırılmış qidaların üzərindəki inqrediyent etiketlərini diqqətlə oxumaq vacibdir.