Həkim boğaz ağrısından qurtulmağın yolunu AÇIQLADI
"Daimi boğaz ağrısı hissinə alışa bilməzsiniz".
Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə həkim Konstantin Dobretsov danışıb.
“Əgər insanda reflüks (mədə-bağırsaq traktının tərkibindəki maddələrin boğazı xlor turşusu buxarı ilə yandırması) varsa, mədəsini müalicə etmək və reflü faringitin ağırlaşmaması üçün pəhrizə nəzarət etmək lazımdır. Boğaz ağrısının başqa bir ümumi səbəbi allergiya, rinit və ya sinüzit səbəbiylə burunun axmasıdır. Bununla mübarizə aparmaq və soyuq iqlimdə yaşamaq üçün norma hesab etməmək vacibdir. Siqaretdən, ədviyyatlı və duzlu yeməklərdən də imtina etməli, səsinizi qorumalısınız. Boğazın hər hansı iltihabı sona qədər müalicə edilməlidir”, - deyə həkim bildirib.
Yusif EYVAZLI