Bu yolla qara ciyərinizi təmizləyə bilərsiniz
Mütəxəssislər bildirir ki, orqanizmə daxil olan bütün zəhərli maddələr qara ciyərdə toplanır. Sağlamlığımız üçün çox vacib orqanlardan biri olan qara ciyər toksinlərdən təmizlənmədikdə ortaya bir çox xəstəliklər çıxır.
Redaktor.az lent.az-a istinadən xəbər verir ki, Çin təbabətinə görə, insan bədənində 5 daxili orqanda zəhərli maddələr yığılır. Həmin toksinlər daha sonra bədəndə izlər qoyur.
Qara ciyərdə zəhərli maddələr toplandıqda dırnaqların üzərində çıxıntılı cizgilər və ya dırnaq çökməsi müşahidə edilir. Çünki daxil olan zəhərli maddələrin yolu qara ciyərdən keçir. Lakin qara ciyəri təbii və bitkilər vasitəsiylə təmizləyə bilər, ilk günkü kimi sağlam edə bilərsiniz.Ancaq qara ciyəri ən çox təmizləyən və sürətlə gəncləşdirən dəmirhindi bitkisidir (tamarind).
Bu bitki eyni zamanda sinir sistemini qoruyur və öd kisəsində olan problemlərin həllinə kömək edir. Belə ki, yağlanmış və içi zəhərlə dolu olan qara ciyərinizi dəmirhindi bitkisiylə tez bir zamanda əvvəlki sağlamlığına qovuşdura bilərsiniz.
Dəmirhindi çayının hazırlanması:
1 litr suyu qaynadın. Lakin su qaynamazdan əvvəl 20 qram dəmirhindi bitkisini suya əlavə edin. Yaxşıca qaynadıqdan sonra soyudun. Soyuduqdan sonra gündə 2 dəfə, səhər və axşamlar ac və ya toxqarına içə bilərsiniz.
Çayın içərisinə 1 çay qaşığı bal əlavə edərək də içmək mümkündür.
Hər hansı əlavə təsirinin olmaması üçün əvvəlcədən mütəxəssis və ya həkiminizlə məşləhətləşməyi unutmayın.