Üzünüzün bu hissəsi daim isti olursa... – Alimlərdən yeni kəşf

 00:22 05.07.2024     303

İnsanın üzünün temperaturunun onun sağlamlığı barədə bir çox məlumat verdiyi məlum olub.

Redaktor.az medicina-ya istinadən xəbər verir ki, alimlər üz temperaturu vasitəsilə insanın yaşını, həmçinin yüksək qan təzyiqi və diabet kimi xəstəlikləri riskini müəyyən etməyin mümkün olduğunu bildiriblər.

21-88 yaş arasında olan 2 800 çinli pasiyentin üz temperaturu ölçülüb və onların tibbi məlumatları təhlil edilib.

Temperatur fərqlərin süni intellekt və istilik xəritələrindən istifadə etməklə müəyyən olunub.

Yaşlıların gənc iştirakçılara nisbətən daha soyuq burun və daha isti göz bölgəsinə malik olduqları müəyyən edilib.

Hipertoniyası olanların yanaqları yaşıdlarına nisbətən daha isti olub.

Şəkərli diabet və qaraciyər yağlanması kimi metabolik pozğunluqları olanlarda isə göz bölgələrində daha yüksək istlik qeydə alınıb.

Tədqiqatçılar növbəti mərhələdə “termal yaş”ın ürək xəstəlikləri və yuxu pozğunluğu ilə əlaqəli olub-olmadığını araşdıracaqlar.