Bəzi dərmanlar saçı tökür

 10:40 05.07.2024     175

Hər kəs sağlam saçlara sahib olmaq istəyir. Ancaq saçın sağlamlığını qorumaq göründüyü qədər asan deyil. 
Redaktor.az
NTV-yə istinadən xəbər verir ki, genetik faktorlar, stress, zəif qidalanma və ya yanlış qulluq vasitələrinin istifadəsi saçın sağlamlığına birbaşa təsir edir. Saçların sağlamlığını qorumaq üçün mütəmadi olaraq bir çox vərdişlərə diqqət yetirmək lazımdır.

Bu problem müxtəlif səbəblərdən yaranır və həyatın istənilən dövründə müşahidə edilir. 

Genetik faktorlar (Androgenetik alopesiya): Genetik faktorlar nəticəsində saç tökülməsi baş verir. Kişilərdə keçəllik kimi tanınan bu vəziyyət qadınlarda da görülə bilər.

Hormonal Dəyişikliklər: Hormonal dəyişikliklər, xüsusilə, hamiləlik, doğum nəzarət həblərinin istifadəsi və menopoz kimi vəziyyətlər bəzən saç tökülməsinə səbəb olur. 

Stress və emosional amillər: Güclü stress, emosional travma və ya həddindən artıq narahatlıq saç tökülməsinə gətirib, çıxarır. Buna telogen effluvium da deyilir.

Sağlamlıq problemləri və xəstəlikləri: Qalxanabənzər vəzi xəstəlikləri, dəmir çatışmazlığı səbəbindən yaranan anemiyası, otoimmün kimi xəstəlikləri saç tökülməsi problemi ilə nəticələnə bilər. 
Zəif qidalanma: Xüsusilə, zülal, dəmir, sink və biotin çatışmazlığı saç sağlamlığına mənfi təsir göstərir. 
Saça Qulluq və Kimyəvi Maddələr: Kimyəvi saç baxım məhsullarının istifadəsi, tez-tez saçların rənglənməsi və perma kimi kimyəvi prosedurlar saçları zəiflədir. 

Dərmanlar: Bəzi dərmanlar (kimyaterapiya dərmanları kimi) saçı tökür. 

Yaşlanma: Saç tökülməsi problemi yaşla da arta bilər. Saçın böyümə dövrü və keyfiyyəti də saç tökülməsi problemini artırır.

Sultan AYXAN