Səhər yeməyini telefonla yemək olmaz – Həkim
Səhər yeməyini kompüterlə və ya telefonla yemək zərərlidir.
Redaktor.az lent.az-a istinadən xəbər verir ki, qastroenteroloq Rüstəm Sadıqov bu vərdişin təhlükəli nəticələrindən danışıb.
Onun sözlərinə görə, monitor qarşısında və ya telefonla, ya da tələsik yemək istehlak etmək həzmə təsir edir.
"Həzm və assimilyasiya prosesinə diqqət yemək prosesinə böyük təsir göstərir. Çünki insan yalnız qarşısındakılarla danışanda daha çox çeynəyir. Telefona baxaraq yemək isə qidanı çeynəmədən udmağa şərait yaradır", - deyə Sadıqov bildirib.
Həkim qeyd edib ki, zəif həzm olunan qida və stress son nəticədə mədə-bağırsaq traktında problemlərə gətirib çıxarır.