Qəhvənin insan orqanizminə daha bir ZƏRƏRİ
Qəhvəni çox içən insanlar dəri problemi yaşaya bilərlər.
Redaktor.az xəbər verir ki, bununla bağlı kosmetoloq Natalya Bubençikova xəbərdarlıq edib.
O deyib ki, qəhvə sidikqovucu təsirə malikdir, ona görə də bu içkini sevənlər daim su balansını doldurmalıdırlar:
"Məsələn, hər fincan qəhvədən sonra bir stəkan su içə bilərsiniz. Bu təsir qəhvə içən şəxsin dərisinin qurumasına, solğunlaşmasına və susuzlaşmasına səbəb ola bilər. Bəziləri qəhvənin zərərli olduğunu, bəziləri isə hətta faydalı olduğunu deyir. Bunların hamısı dozadan asılıdır. Bir və ya iki fincan zərər verməyəcək. Gün ərzində üç, dörd və ya daha çox qəhvə içilən zaman bu barədə düşünmək və qəhvənin orqanizmdə nə qədər zəif metabolizə olunduğunu müəyyən etmək lazımdır”.