Psixoloqdan siqareti tərgitməyin maraqlı YOLU
"Pis vərdişə bənzər proseslər siqareti buraxmağa kömək edə bilər".
Redaktor.az xəbər verir ki, bu barədə "NEWS.ru"ya müsahibəsində psixoloq Aleksandr Kononov danışıb.
Mütəxəssis siqareti kokteyl samanı kimi oxşar bir şeylə əvəz etməyi təklif edib. Həmçinin, onun sözlərinə görə, bir çox insanlar tütün məmulatlarını konfetlə əvəz edirlər.
Kononovun sözlərinə görə, nəfəs məşqləri də buna kömək edəcək.
Ekspert həmçinin hesab edir ki, pis vərdişdən qurtulmaq üçün mütəxəssislərə müraciət etmək faydalı olacaq.
Yusif EYVAZLI