Sızanaqları yox edən yağ – Dermatoloq məsləhəti
Qaraçörəkotu yağı qəbul etmək sızanaqlarla mübarizə aparmağa kömək edir.
Redaktor.az medicina-ya istinadən xəbər verir ki, dermatoloq Anton Samoylov qaraçörəkotu yağının müntəzəm olaraq az miqdarda istehlak edilməsini tövsiyə edib.
O, bunun dərinin keyfiyyətini yaxşılaşdırmağa və sızanaqların görünüşünü azaltmağa kömək etdiyini bildirib.
“Qaraçörəkotu yağı ehtiva etdiyi C və E vitaminləri sayəsində antioksidant xüsusiyyətlərə malikdir. Onun tərkibindəki timokinon isə iltihab əleyhinə fəaliyyət göstərir. Bundan əlavə, sebum istehsalını azaldır. Bütün bunlar sızanaqları olan insanlar üçün vacibdir”, - deyə dermatoloq qeyd edib.
Həkimin sözlərinə görə, tərkibində qaraçörəkotu yağı olan baxım vasitələri müalicəvi deyil, yalnız əlavə, dəstəkləyici qulluq vasitəsi kimi istifadə oluna bilər.
Dermatoloq qeyd edib ki, sızanaq problemi daimidirsə, dermatoloqa müraciət etmək vacibdir. Çünki o, dərinin vəziyyətini qiymətləndirərək sızanaq problemini kökündən həll edəcək vasitələri yazacaq.