Soğanı belə bişirmək xərçəng riski yaradır

 01:45 11.07.2024     348

Yeməklərin bir çoxuna əlavə edilən soğanın yanlış bişirildikdə xərçəngə səbəb ola biləcəyi açıqlanıb.

Redaktor.az medicina-ya istinadən xəbər verir ki, soğanı yağda qovurmağın sağlamlıq üçün ciddi risklər yaratdığı bildirilir.

Soğan yağda qızardıldıqda qida dəyəri xeyli azalır. Beləliklə, çiy halda antioksidantlar və flavonoidlərlə zəngin olan bu tərəvəz yararsız hala düşür.

Yağda qovrulmuş soğan həzm sisteminə mənfi təsir göstərir. Çünki soğandakı liflərin quruluşu pozulur və həzmi çətinləşir. Bu, şişkinlik, qaz və həzmsizlik kimi həzm problemlərinə səbəb olur.

Ən pisi isə soğan yağda qızardıldıqda ortaya kansoregen maddələr çıxır. Bu isə xərçəngə gətirib çıxara bilər.

Soğanı qızartmaq əvəzinə onu

sobada bişirmək,

suda bişirmək,

buxarda bişirmək və ya çiy halda istehlak etmək tövsiyə olunur.