İsti havada bu tövsiyələrə əməl edin - XƏBƏRDARLIQ

 12:56 13.07.2024     564

Yay mövsümü yaxşı əhval-ruhiyyə, həftə sonlarını ailə ilə keçirmək və uşaqlar üçün tətillərə görə sevimli mövsümdür. Lakin  isti günlərdə müxtəlif xəstəliklərin kəskinləşməsi də böyük problemdir. Yay aylarında istilər səbəbindən ürək-damar sistemlərinə yük artır və tədbir görmək lazım gəlir.

Redaktor.az xəbər verir ki, bu barədə ÜST yay mövsümündə aşağıdakı xəstəliklərin riskinin artdığı barədə xəbərdarlıq edib.

- depressiya;
- diabet;
- ürək xəstəlikləri;
- beyində qan dövranının pozulması.

Bunun səbəbi nədir?

Yüksək temperaturda periferik damarlar genişlənir, nəbz sürətlənir, qan təzyiqi yüksəlir və tərləmə artır. Buna görə də zəhərlənmə baş verə və bədənin kalium və maqnezium kimi vacib elementləri tükənə bilər. Mikroelementlərin olmaması qanın qalınlaşmasına və aritmiyaya səbəb olur.

Kimlər risk altındadır?

- arterial hipertansiyon, xroniki ürək çatışmazlığı kimi ürək-damar xəstəlikləri olan insanlar;
- diabetli insanlar;
- yaşlılar;
- kilolu insanlar;
- daim yataqda qalmalı olan insanlar;
- uşaqlar;
- hamilə qadınlar.

İsti mövsümdə istiliyin təsirini azaltmaq üçün tövsiyələr:

- Xüsusilə 12:00-16:00 arasında birbaşa günəş işığından çəkinin;
- Şapka geyinin;
- Otaqda (evdə və ya ofisdə) optimal temperaturu qoruyun;
- Təbii parçalardan hazırlanmış yüngül, boş paltar geyinin;
- Kifayət qədər su için;
- Düzgün qidalanın;
- Alkoqol içməyi dayandırın.

Yayda səhhətiniz pisləşsə, nə etməli?

Küçədə gedərkən vəziyyətinizin pisləşdiyini hiss edirsinizsə - başgicəllənmə, nəfəs darlığı, sinədə ağrı və ya narahatlıq hissi olarsa,dərhal kölgəli yerə getməlisiniz. Əgər bu sizin üçün çətindirsə, ətrafınızdakılardan kömək istəyin.

- Kölgədə oturun;
- Soyuq su için, üzünüzü və əllərinizi su ilə yuyun;
- 10 dəqiqə ərzində özünüzü yaxşı hiss etmirsinizsə, təcili yardım çağırın və ya kiminsə sizə zəng etməsini xahiş edin.

Sevinc İBRAHİMZADƏ