Meyvə şirələri çəki artımına səbəb olmur - Diyetoloq

 15:12 16.07.2024     656

Şəkərsiz meyvə-tərəvəz şirələri ölçülü şəkildə istehlak edildikdə ağız sağlamlığına zərər vermir və çəki artımına səbəb olmur.

Redaktor.az xəbər verir ki, bu barədə avstraliyalı dietoloq Emma Bekket danışıb.

Həkim izah edib ki, meyvə şirələri vitaminlər, minerallar və antioksidantlar kimi qida maddələrini qoruyur. Şirələr bütöv meyvə və tərəvəzlərdən daha az lif ehtiva etsə də, düzgün qidalansanız, sağlamlığınız üçün zərərli deyil. 

Bekketin sözlərinə görə, çoxsaylı araşdırmalar meyvə şirələrinin sağlamlığa müsbət və ya neytral təsir göstərdiyini göstərib. Ancaq elmi tədqiqatlar meyvə şirələrinin içilməsinin həddindən artıq çəki artımına və ya qan şəkərinin davamlı artmasına səbəb olduğunu etibarlı şəkildə təsdiqləməyib:

"Meyvə suyunun dişlər üçün zərərli olduğuna dair ümumi inanc doğru olmaya bilər. Bu növ meyvə və tərəvəz içkilərinin diş çürüməsi riskini artırdığını və diş minasını aşındırdığını göstərən araşdırmalar çox vaxt adi meyvə şirələri əvəzinə əlavə şirinləşdirilmiş seçimləri ehtiva edir".

Dietoloq əlavə edib ki, bütün bitki qidalarını şirələrlə əvəz etməyə dəyməz.

Sevinc İBRAHİMZADƏ