Kofeni südlü içənlər bunu BİLMƏLİDİR

 19:45 16.07.2024     718

"Qara kofe süd və ya qaymaqlı içki variantlarından daha faydalı antioksidantlardan ibarətdir".

Redaktor.az xəbər verir ki,bu barədə qastroenteroloq Daria Utyumova "Gazeta.ru"ya bildirib.

Utyumova bildirib ki, kofeyə süd əlavə edərkən zülal molekulları bağlanır və beləliklə, içkinin tərkibindəki antioksidant miqdarı azalır.

Bundan əlavə, qastroenteroloq qeyd edib ki, süd ümumiyyətlə bəzi insanlar üçün əks göstərişdir. Beləliklə, laktoza qarşı dözümsüzlük varsa, zəif əmilir. Onun sözlərinə görə, bu, orqanizmdə süd məhsullarını həzm etmək üçün fermentin çatışmadığı patoloji vəziyyətdir.

Yusif EYVAZLI