İsti havada gümrah olmaq üçün bunları edin - Həkimdən MƏSLƏHƏT
"Bir neçə üsuldan istifadə etməklə istidə məhsuldarlığı və canlılığı qoruya bilərsiniz".
Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə həkim Lyubov Drozdova danışıb.
“Kifayət qədər su istehlak etməli, vitaminlərlə zəngin yüngül yeməklər seçməli, təmiz havada fasilələr verməlisiniz. İsti havada rahat işləmək üçün kondisionerlərdən, ventilyatorlardan istifadə etmək lazımdır, iş yeri havalandırılmalıdır”, - deyə mütəxəssis bildirib.
O, həmçinin yüngül paltar geyinməyi, kofein və spirtdən uzaq durmağı və həddindən artıq işi minimuma endirməyi tövsiyə edib.
Yusif EYVAZLI