İsti havalarda bu içkidən istifadə etmək FAYDALIDIR

 10:37 18.07.2024     460

Kefir yüksək temperaturda sağ qalmağınıza kömək edəcək sərfəli və sağlam içkidir. 

Redaktor.az xəbər verir ki, bunu endokrinoloq Natalya Balaşova istiyə qarşı ucuz vasitə kimi təklif edib.

Həkim bildirib ki, kefirin heç bir əks göstərişi yoxdur.

O deyib ki, üç gündən çox olmayan təzə kefir metobalizmanı sürətləndirir, saxlama müddəti daha uzun olan məhsul isə əksinə təsir göstərir. Ancaq az yağlı alternativlər əvəzinə, adi süd məhsulları içmək orqanizm üçün daha faydalıdır.

Sevinc İBRAHİMZADƏ