Qripə qarşı universal peyvənd yaradıldı
Amerikalı bioloqlar xəstəni qripin faktiki olaraq bütün ştammlarına yoluxmaqdan qoruyan peyvəndin prototipini hazırlayıb və onu meymunlar üzərində uğurla sınaqdan keçiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) Mətbuat Xidməti məlumat yayıb.
"İspan qripi virusu əsasında yaratdığımız peyvənd meymunların əhəmiyyətli bir hissəsini müasir qrip ştammlarına yoluxmaqdan qoruya bildi. Bu, qrip virusunun daxili zülallarının strukturunun 100 illik təkamüldən sonra da demək olar ki, dəyişməz qalması ilə əlaqədardır. Biz ümid edirik ki, artıq 5-10 il sonra həqiqətən universal qrip peyvəndi əldə edəcəyik", - OHSU-nun professoru Cona Saşa bildirib.
Qeyd edək ki, hazırlanmış peyvənd dünya əhalisinin 60%-dən çoxunun daşıdığı herpes patogeninin alt növlərindən biri olan sitomeqalovirusun (CMV) dəyişdirilmiş versiyasıdır. Bu patogen infeksiyanın görünən simptomlarına səbəb olmur, lakin qazanılmış immun sistemindən çox aktiv reaksiya verməsinə gətirib çıxarır ki, buna görə də alimlər ondan qrip peyvəndi yaratmaq üçün istifadə etməyə çalışırlar