Su hövzələrində üzənlərə XƏBƏRDARLIQ - Bu xəstəliyə yoluxa bilərsiniz
Parazitoloq Yelena Çernışeva durğun su hövzələrində üzməklə yoluxa bilən “üzgüçü xəstəliyi” adlanan xəstəlikdən qorunmaq üçün sadə yollar təklif edib.
Bu barədə Redaktor.az lenta.ru-ya istinadən xəbər verir.
"Durğun su anbarlarında istilər səbəbindən "cercariae" qurd sürfələrinin sayı artıb. Qurd süfrələrinin dişləmələri "üzgüçü xəstəliyinin" inkişafına səbəb ola bilər. Onlar dişləyir və təbii olaraq metabolik məhsullarını - zəhərli maddələri içəri buraxırlar. Onlar dərini qıcıqlandırır və qaşınma yaradır”, - deyə həkim izah edib.
Çernışeva vurğulayıb ki, durğun su hövzələrində üzmək təhlükəsizlik qaydalarına riayət olunarsa mümkündür.
O, həmçinin gölməçədə çox qalmamağı və üzgüçülükdən sonra duş qəbul etməyi tövsiyə edib.
Yusif EYVAZLI