Alimlər gənc və orta yaşlarda meyvə yeməyin faydasını AŞKARLADI
Gənc və orta yaşlarda aktiv meyvə istehlakı 70 ildən sonra depressiyaya düşmə riskini azaldır. Bu barədə Sinqapur Milli Universitetinin alimləri müəyyən ediblər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Nutrition, Health and Aging” jurnalında (JNHA) dərc edilib.
Elm adamları orta yaşı 51 olan 13 738 iştirakçının qida rasionunu təhlil etdikdən sonra bu qənaətə gəliblər. Subyektlərdən müəyyən qida qruplarını (meyvə, tərəvəz, dənli bitkilər, qənnadı məmulatları) nə qədər tez-tez istehlak etdiklərini və hansı porsiya ölçüsünü optimal hesab etdiklərini strukturlaşdırılmış sorğuda göstərmələri istənilib. Lazımi məlumatları topladıqdan sonra alimlər iştirakçıları müşahidə etməyə başlayıblar.
Tədqiqatın ikinci mərhələsində, könüllülərin orta yaşı yetmiş üç il işarəsinə yaxınlaşdıqda, onların psixi sağlamlığı Geriatrik Depressiya Şkalasından istifadə edərək yoxlanılıb. Nəticələr göstərib ki, 40-65 yaş arası meyvələrin aktiv istehlakı yaşlı insanlarda depressiya əlamətləri riskini azaldır.
Tədqiqatçılar bu faydalı təsirin antioksidantların və meyvələrdə olan C vitamini, karotenoidlər və flavonoidlər kimi antiinflamatuar mikroelementlərin istehlakının artması ilə əlaqədar olduğunu irəli sürüblər. Bu maddələr oksidləşdirici stressi azalda bilər (bədənin hüceyrələrini zədələnmədən qoruyur) və bir çox xəstəliklər üçün risk faktoru olan iltihabı azaldır.
Turan İSMAYIL