Ağcaqanadları hansı rəng cəlb edir? - Bioloq AÇIQLADI

 18:35 24.07.2024     393

"Geyimdə müəyyən rənglərin ağcaqanadları cəlb etməsi mifdən başqa bir şey deyil".

Redaktor.az xəbər verir ki,bu barədə bioloq Mixail Vorobyev NEWS.ru-ya müsahibəsində deyib.

Mütəxəssis qeyd edib ki, həşəratlar təkcə insan qanı ilə deyil, həm də müxtəlif rənglərə boyanmış heyvanların da qanı ilə qidalanırlar. O, ağcaqanadların əslində rəngə görə deyil, qoxuya görə cəlb olunduğunu fikrini irəli sürüb.

"Ağcaqanadlar paltarın yaranmasından çox əvvəl bir neçə yüz min ildir yaşayırlar. Onlar təkcə insan qanı ilə deyil, həm də müxtəlif rənglərə boyanmış heyvanların qanı ilə qidalanırlar. Deməli, ağcaqanadlar üçün vacib olan rəng deyil, yəqin ki, qoxudur. Ağcaqanadların bəzi rənglərə daha çox, digərlərinə isə daha az cəlb olunması fikri mifdir”,- deyə bioloq fikrini izah edib.

Vorobyov insanların ağcaqanadları dəf etmək üçün həşəratları cəlb etməyən rəngli paltarlara keçmək əvəzinə qoxulu qovuculardan istifadə etməyin vacibliyini vurğulayıb.

O, ağcaqanadların ən çox gecə qaranlıqda uçduğunu da xatırladıb.

Sultan AYXAN