Kərə yağı insulta səbəb olur?

 01:45 25.07.2024     438

Amerikalı alimlər kərə yağının qanda pis xolesterinin səviyyəsini artırdığını və bununla da şəkərli diabet və insulta səbəb olduğunu açıqlayıblar.

Redaktor.az medicina-ya istinadən xəbər verir ki, dietoloq Lidiya İonova bu açıqlamaya münasibət bildirib.

Mütəxəssisin sözlərinə görə, problem konkret bir məhsulda deyil, bütövlükdə pəhrizin strukturundadır.

“Amma həqiqətən də kərə yağı faydalı hesab edilmir. Bu, doymuş yağlardan ibarət məhsuldur.

Bitki yağlarının (günəbaxan, zeytun və s.) quruluşu isə fərqlidir: onların tərkibində Omeqa 3 və Omeqa 6 doymamış yağ turşuları olur. Bu cür yağlar bədənimizə fərqli təsir göstərirlər”, - ekspert izah edib.

Bununla belə, o qeyd edib ki, bəzi hallarda, kərə yağını normada istehlak etmək lazımdır: "Məsələn, bu, hamilə qadınlar üçün keçərlidir".