"Çay hərarəti alır" - Həkimdən MƏSLƏHƏT
İsti havalarda isti çay içmək lazımdır.
Redaktor.az xəbər verir ki, bunu toksikoloq Mixail Kutuşov bildirib.
Kutuşov qeyd edib ki, isti içkilər tərləməni stimullaşdırır və orqanizm təbii şəkildə soyuyur: tər buxarlanır, qan damarları genişlənir, bu da qan dövranını yaxşılaşdırır və daxili orqanlardan istiliyin çıxmasına kömək edir.
Həkimin sözlərinə görə, isti havalarda antioksidantla zəngin yaşıl çay, nanə, limon balzamı və ya çobanyastığı əsasında rahatlaşdırıcı bitki çayı və ya immuniteti gücləndirən zəncəfil çayı içməyə dəyər.
Kutuşov əlavə edib ki, isti havalarda ağız boşluğunu və daxili orqanları yandırmamaq üçün 40 dərəcədən çox olmayan ilıq su içmək daha yaxşıdır:
“İsti içkilər yayın istisinə qarşı mübarizədə müttəfiqiniz ola bilər. Bundan başqa tez-tez kölgədə dincəlmək və təbii parçalardan yüngül paltar geyinmək də istidən qorunmaq üçün faydalıdır".
Sevinc İBRAHİMZADƏ