Sağlam "Fast food" yeməkləri - Diyetoloq AÇIQLADI

 20:05 26.07.2024     435

"Fast food"ların müntəzəm istehlakı müəyyən xəstəliklərin inkişaf riskini artırır".

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə diyetoloq Veronika Qusakova xəbərdarlıq edib.

Qəlyanaltı seçərkən o, tərkibində çox yağ olan qidalardan imtina etməyi tövsiyə edib.

"Eyni zamanda, şaurma sağlam bir yemək ola bilər. Prinsipcə, sağlam qidalanma baxımından məhsul o qədər də pis deyil və ya kifayət qədər miqdarda tərəvəz olan, zülal komponenti və karbohidratların olduğu bir növ pide qəlyanaltı üçün yaxşı seçimdir", - deyə o bildirib.

Bundan əlavə, o, insanları "fast food" restoranlarının menyusunda olan dənli bitkilər, salatlar və şorbalara diqqət yetirməyə çağırıb.

Yusif EYVAZLI