Bu qidaları soyuducuda saxlamayın, yoxsa...
Soyuducudan istifadə bəzi qidaların təzəliyini artırsa da, bəzi qidalar üçün çox riskli ola bilər.
Redaktor.az lent.az-a istinadən xəbər verir ki, qida dəyərini qorumaq üçün bəzi yeməkləri soyuducudan uzaq saxlamaq lazımdır.
Bir çox insanın fikrincə, yeməyi soyuducuda saxlamaq yaxşı üsuldur. Ancaq bu, hər yemək üçün doğru deyil. Bəzi yeməklər qida dəyərini itirə bilər.
Pomidor
Hər kəsin çürüməməsi üçün soyuducuda saxladığı pomidorları əslində otaq temperaturunda saxlamaq lazımdır. Bu mühitdə qida dəyərini itirə bilər. Pomidorların hüceyrə quruluşu pozulur. Soyuq hava pomidorun teksturasını un edir və dadının itməsinə səbəb olur.
Kartof
Soyuducuda saxlanılan kartofun tərkibində olan nişasta şəkərə çevrilir. Bu, kartofun dadının dəyişməsinə və bişdikdə daha şirin olmasına səbəb olur. Bundan əlavə, soyuducunun rütubətli mühiti kartofun cücərməsinə səbəb olur. Bir ay soyuducuda saxlanılan kartofda şirin bir dad yarana bilər. Amma bu sağlam deyil.
Sarımsaq
Sarımsaq soyuducuda cücərəcək və yumşalacaq. Bu, sarımsağın dadına və teksturasına mənfi təsir göstərir. Bu da, sarımsağın dadını acılaşdıra və yeməklərdə arzuolunmaz dad yarada bilər.
Bal
Soyuducuda olan bal onu istehlak edərkən vəziyyəti kifayət qədər çətinləşdirə bilər. Bal kristallaşma riski ilə üzləşə bilər. Otaq temperaturunda saxlandıqda təzə qala bilər.
Çörək
Çörək soyuducuda saxlandıqda tez köhnəlir. Soyuq hava çörəyin tərkibindəki nişastanın kristallaşmasına və çörəyin qurumasına səbəb olur.
Avokado
Yetişmiş avokadoları soyuducuda qısa müddətə saxlamaq olar. Lakin qısa müddətdə yumşalıb qəhvəyi ləkələr əmələ gətirə bilər.
Zeytun yağı
Zeytun yağı soyuducuda bərkiyir və orijinal teksturasını itirir. Soyuducudan çıxarıb gözlətdiyiniz zaman köhnə quruluşuna qayıtmaya bilər.