Qaraciyər yağlanmasından qurtulmağın yolları

 01:45 29.07.2024     457

Qaraciyər yağlanmasının bir neçə səbəbi var.

• ALKOQOLLU YAĞLI QARACİYƏR XƏSTƏLİYİ

• QEYRİ-ALKOQOL YAĞLI QARACİYƏR XƏSTƏLİYİ (QAYQX- NAFLD)

Ümumi əhalinin 25%-i, piylənməsi olanların 80 %-i, II tip şəkərli diabet xəstələrinin 65%-i QAYQX -nə görə risk altındadır

Redaktor.az medicina-ya istinadən xəbər verir ki, qaraciyərin yağlanması, sadəcə qaraciyərdə yağ artımı deyil.

Bu zaman qaraciyərin funksiyaları pozulur.

Qan şəkəri-kontrolu , xolesterol mübadiləsi (ürək xəstəliklərinə səbəb olur), hormonların çevrilməsi və orqanizmdən atılması funksiyaları zəifləyir.

Dəri xəstəliklərinə şərait yaradır.

Yorğunluq- istirahətlə keçməyən, həyat keyfiyyətini pozan ciddi yorğunluq olur.

Pasiyentlər çətin kilo vermək problemi yaşayır və s.