Tərləmə xərçəngin varlığından xəbər verə bilər

 11:30 29.07.2024     360

İnsan orqanizmi metabolik məhsulları tərlə xaric edir, su-duz balansını və istilik köçürməsini tənzimləyir. Buna görə də tərləmə bədənin normal fəaliyyətinin bir hissəsidir.

Redaktor.az xəbər verir ki, mütəxəssislər insanın gündə 1,5 litrə qədər tər ifraz edə bildiyi qənaətindədirlər. Eyni zamanda isti havalarda, stresli vəziyyətlərdə və fiziki fəaliyyət zamanı tərləmə arta bilər. Ona görə də bədən istiliyi normallaşan kimi təhrikedici amil aradan qalxır və tərləmə normallaşır.

Həddindən artıq tərləmə spontan olaraq baş verir və sağlamlıq problemlərinə işarə edər. Məsələn, həkim terapevt Dmitri Velikanovun sözlərinə görə, patoloji tərləmə diabet, vərəm, endokardit, sistemli göbələk infeksiyaları, insultdan sonra sinir sisteminin zədələnməsi, digər xəsarətlər və hətta xərçəngin fonunda baş verir.

Gecələr şiddətli tərləmə baş verərsə, xərçəngin varlığından şübhə etmək olar. Bu, tez-tez böyümə hormonu - somatotropinin istehsalının artdığı lenfoma və ya akromeqaliya əlamətidir.

İrsiyyət və hormonal balanssızlıq da tərləmənin artmasına səbəb ola bilər.

Eyni zamanda həkimlər artan tərləmənin müalicə edilə biləcəyini bildirirlər. Ancaq müalicə üsulunu seçmək üçün bir mütəxəssis tərəfindən müayinə olunmaq lazımdır. Başlamaq üçün bir kardioloqa müraciət etməli və ürək-damar sisteminin işini yoxlamalı, həmçinin terapevt və ya endokrinoloqla əlaqə saxlamalısınız. Həmçinin dermatoloqun da bu barədə yardımı toxuna bilər.

Sevinc İBRAHİMZADƏ