Həkim artıq çəkili insanlar üçün məşq qaydalarını AÇIQLADI
Tibb elmləri namizədi Olqa Ulankina artıq çəkili insanlar üçün məşq qaydalarını açıqlayıb.
Bu barədə Redaktor.az lenta.ru-ya istinadən xəbər verir.
Həkim artıq çəkidən əziyyət çəkən insanlara müxtəlif fiziki fəaliyyət növlərini - kardio, güc məşqləri və dartınmanı birləşdirməyi tövsiyə edib.
"Bununla belə, "CrossFit" kimi yüksək intensivlikli interval məşqlərindən qaçınmalısınız, çünki bu, ürək-damar sistemi və əzələ-hərəkət sistemini gərginləşdirir".
Ulankina ürək məşqləri üçün gəzinti etməyi, velosiped sürməyi və ya idman velosipedi, avarçəkmə və ya rəqs etməyi tövsiyə edib.
Yusif EYVAZLI