Beyin və ürək sağlamlığı üçün ən vacib qidalar

 01:45 31.07.2024     536

Qara çörək, kalamar və balıq beyni qidalandırır və onun fəaliyyətini yaxşılaşdırır.

Redaktor.az medicina-ya istinadən xəbər verir ki, bunu dietoloq və qastroenteroloq Nuriya Dianova bildirib.

“Beyin fəaliyyətini yaxşılaşdırmaq üçün pəhrizinizə əsas mikroelementlərlə zəngin qidaları əlavə etmək vacibdir.

B1, B9, yod, Omeqa-3 və bioflavonoidlərə xüsusi diqqət yetirilməlidir. İdeal bir pəhriz növündə belə, B, D vitaminləri, dəmir, sink və Omeqa-3 kimi beyin üçün lazım olan elementlər əskik qala bilər. Halbuki, qara çörək, qarabaşaq yarması, yulaf əzməsi, darı, lobya və s. yeyərək bunları təmin etmək mümkündür”, - deyə həkim qeyd edib.

O, “parlaq” rəngli tərəvəzlərin B1 vitaminləri ilə zəngin olduğunu xatırladıb. Dietoloq insanları yodu unutmamağa çağırıb.

“Bunun üçün dəniz duzundan istifadə etmək olar. Pəhrizə dəniz balığı, kalamar, midye və dəniz yosunu əlavə etmək lazımdır. Bu məhsullar həm də şəkər xəstəliyinin qarşısını alır.

Beyin sağlamlığı üçün gündəlik olaraq izoflavonlu 25 qram soya zülalını istehlak etmək vacibdir. O, həmçinin xolesterolu azaltmağa və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir”.

Dietoloq Omeqa-3 çatışmazlığını kompensasiya etmək üçün skumbriya, siyənək, sardina yeməyi məsləhət görüb.