Ağciyər xərçəngi riski bu halda 4 dəfə ARTACAQ

 17:21 01.08.2024     452

Ohayo Dövlət Universitetinin Kompleks Xərçəng Mərkəzi tərəfindən nəşr olunan yeni bir araşdırmanın nəticələrinə görə, siqaret və elektron siqaretdən birlikdə istifadə sağlamlıq üçün ayrı-ayrılıqda çəkməkdən daha pisdir.

Redaktor.az xəbər verir ki, bu barədə “Journal of Oncology Research and Therapy” jurnalında dərc olunan məqalədə deyilib.

Ağciyər xərçəngi bütün dünyada xərçəng ölümlərinin əsas səbəbidir. Təkcə 2020-ci ildə 1,8 milyon insan bu xəstəlik səbəbindən ölüb.

Yeni araşdırmanın bir hissəsi olaraq, ekspertlər ağciyər xərçəngi olan 4975 insanda siqaret ilə elektron siqaret istifadəsini təhlil ediblər.  Eyni zamanda xərçəng xəstəsi olmayan 27 294 nəfərdən ibarət nəzarət qrupu da olub. Bütün iştirakçılar Ohayo ştatının Kolumbus şəhərində müalicə olunub.

Məlum olub ki, e-siqaretlə birlikdə siqaret çəkmək ağciyər xərçəngi olan insanlar arasında nəzarət qrupu ilə müqayisədə 8 dəfə çox olub. Bundan əlavə, tədqiqat göstərib ki, siqaret və elektron siqareti bir yerdə istifadə edən insanlarin tək siqaret çəkənlərlə müqayisədə ağciyər xərçənginə tutulma riski dörd dəfə yüksəkdir.

Sevinc İBRAHİMZADƏ