İşıqlar yanılı olarkən yatmaq ZƏRƏRLİDİR
İşıq melatonin hormonunun istehsalını pozur, yuxunun keyfiyyətinin pisləşməsinə səbəb olur ki, bu da zamanla orqanizmdə bir çox proseslərin pozulmasına gətirib çıxarır. Mütəxəssislər yuxu zamanı işığın bədənə necə təsir etdiyini izah ediblər.
Redaktor.az xəbər verir ki, qaranlıq yuxuya getmə və oyanma prosesi də daxil olmaqla bir çox bioloji funksiyaları tənzimləyən hormon melatoninin istehsalını stimullaşdırır.
İşığı yandırmaq əks effekt verir. Melatonin istehsalını pozur və sirkadiyalı ritm və yuxu dövrlərinə mənfi təsir göstərir. Melatonin səviyyəsi gecə yarısı, saat 2-4 arasında zirvəyə çatır və səhərə doğru tədricən azalaraq, saat 8-9-da gündüz səviyyəsinə çatır. İşıq bu prosesləri bloklayır, bu da sizin yuxu cədvəlinizi poza bilər, gündüz yuxululuğa və gecə yuxusuzluğuna səbəb olur.
//Lent.az