Salyanda doğulan körpələrin sayı azalıb
Salyanda bu il doğulan körpələrin sayı azalıb.
Redaktor.az xəbər verir ki, cari ilin altı ayında rayonda 732 körpə dünyaya gəlib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 12,3-dən 10,5-ə qədər azalıb.
Qeyd edək ki, doğulan körpələrin 55,2 faizi oğlan, 44,8 faizi qız olub.
Xatırladaq ki, Azərbaycanda doğulanların sayı azalıb. Belə ki, cari ilin ilk yarımilində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41 608 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb.