Özümüzü buna görə yorğun hiss edirik - SƏBƏB

 10:14 06.08.2024     437

Əgər zəiflik, tez yorulmaq, əl-ayağın soyuq olması, baş ağrısı kimi şikayətləriniz varsa, anemiyanız ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə mütəxəssislər bildirir.

Anemiya qırmızı qan hüceyrələrinin sayının və ya hemoglobin miqdarının azalmasından yaranır. Qan azlığı insanda dəmir çatışmazlığına gətirib çıxarır. 

Dəmir çatışmazlığı hamilə qadınlarda çox olduqda, körpənin böyüməsi və inkişafına mənfi təsir edir. Bunun xaricində fol turşusu və B12 əskikliyi, nadir hallarda isə talassemiya görülə bilər.

Uşaqlarda qan azlığı fiziki fəaliyyəti azalması, xəstəliklərə tez tutulması, qavrama, öyrənmə, şərh funksiyalarının yavaşlaması və diqqət yayınmasına səbəb olur.

Böyük insanlarda isə daimi yorğunluq hissi yaranır, nəticədə iş qabiliyyəti azalır.

Türkan İSGƏNDƏRLİ