Qadınlar kişilərdən sağlam QOCALIR

 14:05 06.08.2024     365

Qadınlar kişilərdən 29% daha sağlam qocalır.

Redaktor.az xəbər verir ki, bu barədə bu barədə "Daily Mail" məlumat yazıb.

Tədqiqatçılar əlli yaşdan yuxarı yeddi mindən çox könüllünün sağlamlığı və həyat tərzi ilə bağlı məlumatları təhlil ediblər. Onlar effektiv və sağlam qocalmağa kömək edən dörd əsas amili müəyyən ediblər: xroniki xəstəliklərin olmaması, sabit psixi vəziyyət, beyin fəaliyyətinin qorunması və müntəzəm sosial qarşılıqlı əlaqə. 

Məlum olub ki, iştirakçıların yalnız 11,9%-i (demək olar ki, hər on nəfərdən biri) bu meyarlara cavab verib. Alimlər həmçinin hesablayıblar ki, sağlam həyat tərzi keçirənlərin yaxşı qocalma ehtimalı 3,5 dəfə çoxdur. 

Türkan İSGƏNDƏRLİ