Covid-19-a yoluxma halları artır: ÜST XƏBƏRDARLIQ ETDİ
Son bir neçə həftə ərzində Covid-19-a yoluxanların sayı ciddi dərəcədə artıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə Direktoru Maria Van Kerkhove məlumat verib.
O bildirib ki, 84 ölkədə müsbət Covid-19 20% artıb. Hətta Paris-2024 Olimpiya Oyunlarında yarışan azı 40 idmançının da virusa yoluxduğu açıqlanıb. Kerkhove ölkələri Covid-19 ilə əlaqəli xəstəxanaya yerləşdirmələr, reanimasiyaya qəbullar və ölümlər haqqında hesabat verməyə çağırıb.
"Bu, vacibdir, çünki virus təkamül etməyə və dəyişməyə davam edir. Bundan qaçmaq üçün tibbi müayinədən keçmək, peyvənd olunmaq lazımdır", - o qeyd edib.
Türkan İSGƏNDƏRLİ