Bu kəslərin erkən ölüm riski YÜKSƏKDİR

 11:15 07.08.2024     506

Tədqiqatlar göstərir ki, uzunömürlülük bir çox amillərlə, ilk növbədə isə genetika və həyat tərzi ilə əlaqələndirilir. Ancaq bir araşdırmanın nəticələri göstərir ki, daha çox şey var.

Redaktor.az xəbər verir ki, alimlər alın qırışlarının ürək xəstəliyi riskinin göstəricisi olub-olmadığını yoxlamaq qərarına gəliblər. Bu araşdırmada 32-64 yaş arası 3200 sağlam yetkin iştirak edib. Onlar 20 il nəzarətdə olublar.

Tədqiqatın nəticələri göstərib ki, alnında daha çox qırış olan insanların ömrü qırışları olmayanlara nisbətən daha azdır. Qırışları olmayan iştirakçılarla müqayisədə daha az qırışları olanların ürək xəstəliyindən ölmə riski bir qədər yüksəkdir.

Bundan əlavə, alnında orta və çoxlu qırışları olan insanlar, qırışları olmayanlara nisbətən, demək olar ki, 10 dəfə daha çox erkən ölüm riskinə malikdirlər.

Sevinc İBRAHİMZADƏ