2050-ci ilə qədər kişilərdə qadınlardan daha çox...

 12:16 12.08.2024     444

Beynəlxalq tədqiqat qrupunun bir hissəsi olan Çarlz Darvin Universitetinin alimləri 2050-ci ilə qədər 65 və yuxarı yaşda olan kişilərdə xərçəngə yoluxma və ölüm nisbətlərinin əhəmiyyətli dərəcədə artacağını müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Cancer” jurnalında dərc olunub.

Böyük xərçəng reyestrlərinin məlumatlarına əsaslanan GLOBOCAN metod və modellərindən istifadə edən alimlər 185 ölkədə xərçəngə yoluxma nisbətini təxmin ediblər. Onlar müəyyən ediblər ki, 2022-ci ildən 2050-ci ilə qədər xərçəng xəstələrinin sayı 10,3 milyondan 19 milyona (və ya 84%) artacaq. Xərçəngdən ölənlərin sayı 5,4 milyondan 10,5 milyona (93%) yüksələcək.

Tədqiqatçılar 65 yaş və yuxarı kişilərdə və inkişaf səviyyəsi aşağı olan ölkələrdə xərçəngə tutulma ehtimalının təxminən iki dəfə (2020-ci ilə nisbətən) yüksək olacağını açıqladılar. Bu, kişilər və qadınlar arasında xəstəlik fərqini artıracaq.

Bildirilir ki, kişilər tibbi müayinədən keçməyə daha az meyllidirlər, onların genetik risklərinə və bioloji xüsusiyyətlərinə daha az diqqət yetirirlər, iş yerində siqaret çəkməyə, spirtli içkilərə və kanserogen maddələrə daha çox məruz qalırlar. Bu amillər xərçəng riskinin artmasının əsasını təşkil edir.

Sevinc İBRAHİMZADƏ