Bu içkilər yaddaşı qocaldır, xəstəliyə səbəb olur
Bəzi proqnozlar demansın növbəti 30 il ərzində daha çox yayılacağını göstərir.
Redaktor.az xəbər verir ki, bu xəstəlik beyindəki neyronların bir-biri ilə əlaqə qura bilməməsi zamanı baş verir. Alimlər həmçinin yüksək şəkərli içkilərin beyinə mənfi təsir etdiyini müəyyən ediblər.
Gündə iki porsiyadan çox şirin içki içmək insanın beynini 11 il qocalda bilər. Şəkər ümumiyyətlə yüksək təzyiqə səbəb ola bilər və bədəndə xroniki iltihabı gücləndirər. Bunlar qocalıq demansının iki xəbərçisidir.
Şəkərli içkilərin beyin yaşlanmasını sürətləndirdiyinə dair elmi sübutlar var. Bəzi tədqiqatlar təsdiqləyir ki, bu cür içkilərin içilməsi beyin həcminin azalmasına və yaddaşın pozulmasına səbəb ola bilər.
Bir araşdırmanın nəticələrinə görə, insan hər gün bir və ya iki stəkan şəkərli içki içərsə, beyni 1,6 il qocalacaq.
Sevinc İBRAHİMZADƏ