Bu məhsullar insult olma riskini GÜCLƏNDİRİR

 17:54 13.08.2024     555

Çox vaxt insultun qarşısını almaq mümkündür. Müəyyən içkilərdən qaçınmaq buna kömək edəcək.

Redaktor.az xəbər verir ki, çoxsaylı araşdırmalar süni şirinləşdirilmiş içkilərin  sağlamlığa zərərli olduğunu təsdiqləyir. Bunları müntəzəm olaraq içsəniz, insult və demans ehtimalınızı artıracaqsınız.

Bir araşdırmada mütəxəssislər süni şəkildə şirinləşdirilmiş içkilərin qəbulu ilə insult arasında əlaqə tapıblar.

Gündə bu içkilərdən ən azı bir porsiya içən araşdırma iştirakçıları, içməyənlərə nisbətən insult keçirmə riski üç dəfə çox olub. Bununla belə, əvvəlki elmi araşdırmalar istehlak edilən şəkərin miqdarı ilə insult və digər beyin xəstəliklərinin inkişafı ehtimalının artması arasında əhəmiyyətli bir əlaqə aşkarlayıb.

Sevinc İBRAHİMZADƏ