İşdəki stress xəstəliklərə səbəb olur
Kanadanın Laval Universitetinin alimləri aşkar ediblər ki, ağır iş yükü və mükafat arasındakı balanssızlığın yaratdığı iş stresi qulaqcıqların fibrilasiyasının inkişafı kimi nəticələrə gətirib çıxarır.
Redaktor.az xəbər verir ki, bu araşdırmanın nəticələri “Journal of the American Heart Association” jurnalında dərc olunub.
Atrial fibrilasiya aritmiyanın ən çox yayılmış formasıdır, insult, ürək çatışmazlığı və digər ağırlaşmalara səbəb ola bilən anormal ürək ritmidir. Tədqiqat üçün Kanadada təxminən 6000 nəfərdən18 il ərzində toplanmış tibbi qeyd məlumatlarından istifadə edilib. İş yerindəki stress, iştirakçıların iş yükü ilə bağlı stress səviyyəsini və mükafat arasındakı balanssızlı1q sorğular vasitəsilə qiymətləndirilib.
Təhlil göstərib ki, yüksək iş stresi yaşayan işçilərdə, bu cür stresslərlə üzləşməyən işçilərlə müqayisədə atrial fibrilasiyanın inkişaf riski 83 faiz artıb. Səy və mükafat arasında balanssızlığı görənlər 44 faiz daha çox risk altındadır. Hər iki stresli vəziyyətin birləşməsi atriyal fibrilasiyanın inkişaf riskini 97 faiz artırır.
Atrial fibrilasiya inkişaf etdirənlərin 19 faizi işdə yüksək səviyyədə stress yaşayıb, 25 faizi səy və mükafat arasında balanssızlığı hiss edib və 10 faizi hər ikisini eyni vaxtda yaşayıb. İştirakçıların üçdə birindən çoxuna atrial fibrilasiya başlamazdan əvvəl koronar arteriya xəstəliyi və ya ürək çatışmazlığı diaqnozu qoyulub.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, iş yerindəki psixososial stresslər atriyal fibrilasiya kimi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. Onlar daha sağlam iş mühiti yaratmağa kömək edə biləcək profilaktik tədbirlərin bir hissəsi kimi bu cür stress amillərinin azaldılmasına diqqət yetirməyi tövsiyə edirlər.
Sevinc İBRAHİMZADƏ