Yüksək təzyiqlə mübarizə aparmağın yeni bir ÜSULU

 17:40 19.08.2024     409

Hipertoniya dünya üzrə ölümlərin 20%-nə səbəb olur. Araşdırmalar göstərir ki, bəzi içkilər bu xəstəliklə mübarizə aparmağa kömək edir.

Redaktor.az xəbər verir ki, bu barədə "Lancet"in Qlobal Xəstəliklər Yükü hesabatında məlumat yayılıb.

Alimlər müəyyən ediblər ki, yaşıl çayın müntəzəm istehlakı hipertoniya riskini 65% azaldır.

Yaşıl çayın mükəmməl polifenol mənbələri olduğu bilinir. Bu antioksidanr yüksək təzyiqlə mübarizə aparmaqda kifayət qədər effektivdir. Səhər yeməyində yaşıl çay içmək ürək üçün faydalıdır. 

Tayvandan olan 1507 çinli kişi və qadın üzərində aparılan araşdırmanın nəticələri göstərib ki, gündə sadəcə yarım fincan çay qan təzyiqinə müsbət təsir göstərir.

Yaşıl çayın faydalı xüsusiyyətləri də katexinlərlə əlaqələndirilir. Bunlar qan damarlarını rahatlaşdıran antioksidanlardır və qan təzyiqini aşağı salmağa kömək edir.

Sevinc İBRAHİMZADƏ