Bu dərman infarkt və insult riskini azaldacaq
Almaniyadan olan alimlər trombozun, qan damarlarında laxtaların əmələ gəlməsinin qarşısını alan yeni dərman hazırlayıblar.
Redaktor.az xəbər verir ki, bu dərman xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan xəstələr üçün təsirli ola bilər.
Yeni dərman trombositlərin aktivləşməsində əsas rol oynayan GPVI reseptorunun inhibitorudur. Digər oxşar dərmanlardan daha effektiv işləyir və qanaxma riskini artırmır.
Araşdırmalar göstərib ki, yeni dərman infarkt və insultların qarşısının alınmasında təsirli ola bilər. O, həmçinin həyati orqanlara zərər verə biləcək iltihab riskini azaltmağa kömək edə bilər.
Alimlər ümid edirlər ki, bu dərman kliniki istifadə üçün təsdiqlənəcək və yaxın gələcəkdə xəstələrin istifadəsinə veriləcək. Bu, ürək-damar xəstəliklərindən ölümləri azaltmağa kömək edə bilər.
Sevinc İBRAHİMZADƏ