İlbiz zəhərindən bu xəstəliklərin müalicəsində istifadə edildi
Yuta Universitetinin rəhbərlik etdiyi tədqiqat planetin ən ölümcül canlılarından biri olan konus ilbizindən ilhamlanaraq şəkərli diabet və hormonal pozğunluqlar üçün perspektivli yeni müalicə üsulunu aşkar edib.
Redaktor.az xəbər verir ki, tədqiqatçılar ilbizin zəhərində insan hormonu somatostatini yaxından təqlid edən konsomatin adlı toksin aşkar ediblər. Bu kəşf qan şəkəri və hormon səviyyələrini tənzimləyən dərmanların hazırlanmasında inqilab yarada bilər.
Tədqiqat göstərir ki, konsomatin təkcə somatostatinlə eyni zülallara bağlanmır, həm də bunu daha yüksək spesifiklik və sabitliklə edir. Çoxlu zülallarla qarşılıqlı əlaqədə olan insan hormonundan fərqli olaraq, konsomatin yalnız bir zülalı hədəf alır, potensial olaraq yan təsirləri minimuma endirir və dərmanın effektivliyini artırır.
Unikal amin turşusu strukturuna görə konsomatinin orqanizmdə uzun müddət olması uzun müddət fəaliyyət göstərən dərmanların yaradılmasında əlavə üstünlüklər verir. Tədqiqatçılar həmçinin, konus ilbizinin zəhərinin insulinə bənzər xüsusiyyətlərə malik digər toksinləri ehtiva etdiyini aşkar etiblər. Bu, onu diabet üçün yeni müalicə vasitələrinin inkişafı üçün zəngin birləşmələr mənbəyinə çevirir.
Sevinc İBRAHİMZADƏ