Uzun müddət açıq qalmış su sağlamlığımıza TƏHLÜKƏLİDİRMİ?

 01:31 26.08.2024     390

Xüsusilə, bu isti havalarda daha çox su istehlak edirik. Çox vaxt təzəliyinə və ya keyfiyyətinə diqqət belə yetirmirik. Halbuki suyun da bir müddət gözlədikcə təhlükəli ola biləcəyi gerçəyini bir çoxumuz hələ də bilmirik. Su istehlakı gündəlik olaraq diqqət etməyimiz lazım olan bir mövzudur. Hamımız rahat olsun deyə çöldə plastik və ya şüşədən su içmək məcburiyyətində qalırıq. Ancaq bu plastik və şüşələrin sağlamlığımızla oynadığından xəbərsizik.

Bəs uzun müddət qalmış suyu içmək nə kimi bir təhlükəyə yol aça bilər?

Redaktor.az xəbər verir ki, plastik qablarda olan su insan sağlamlığı üzərində mənfi təsirlərə malikdir. Su istehlakı, xüsusilə yay aylarında diqqət edilməli olan mühüm bir mövzudur. Bir çox insan praktiklik baxımından plastik qablarda satılan suları seçsə də, bu seçimin bəzi sağlamlıq riskləri daşıdığı mütəxəssislər tərəfindən vurğulanır. Plastik və şüşələrdə uzun müddət qalan suların içində bakteriya və virusların çoxala biləcəyi bildirilir. Mütəxəssislər bu cür suların xolera, salmonella kimi infeksiyalara səbəb ola biləcəyini və bunun nəticəsində ürək bulanması, qusma və ishal kimi sağlamlıq problemlərinə yol aça biləcəyini ifadə edirlər.

Xüsusilə avtomobil içində uzun müddət qalan sular bu riskləri daha da artırır. Yüksək temperatur bakteriyaların sürətlə çoxalmasına və suyun içilməz hala gəlməsinə səbəb ola bilər. Avtomobillərdə unudulan su şüşələri də Günəş işığını çəkərək saatlarla, hətta günlərlə gözləyir.

Bununla yanaşı, plastik və şüşələrdəki suyun gözləməsi nəticəsində BPA adlı kimyəvi maddə suya qarışa bilər. Bu maddə sağlamlıq üzərində mənfi təsirlərə səbəb ola biləcək potensial bir təhlükə yaradır.

Günəş işığına məruz qalan plastik şüşələrdəki suyun BPA tərkibinin artması, hormonal pozğunluqlar, xərçəng kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu mövzuda biz istehlakçılar suyu mümkün qədər təzə istehlak etməli və Günəş görməyən, sərin bir yerdə saxlamağa çalışmalıyıq (kayzen).