Sağlam bədən üçün 5 ƏDVİYYAT

 01:29 28.08.2024     529

Ədviyyatlar xörək və şirniyyatlara xüsusi dad, xoş iy, bəzən də rəng vermək üçün istifadə olunur. Onlar insan orqanizmi üçün çox faydalıdır. Dünyada isə ən çox ədviyyat istifadə edilən ölkə Hindistan və Türkiyədir.

Redaktor.az xəbər verir ki, ədviyyatların insan orqanizminə müxtəlif faydaları var. Məsələn, immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir, həzm sistemini tənzimləyir, ürəyə faydalıdır, orqanizmin şəkər istəyini azaldır, köp və həzm şikayəti olanlara müsbət təsir edir və s.

Darçın

Darçın daha çox soyuq havalarda yeyilən ədviyyatdır. Mətbəxinizdə mütləq darçın olmalıdır. Qan şəkərini nizamlayır, infeksiyalara qarşı vuruşur, şişinlik və qaz problemlərinin qarşısını alır. Zehni açır, arıqlamağa və xolestrolu aşağı salmağa kömək edir. Alzheimer xəstəliyinin yaranmasına mane olur.

Kəklikotu

Süfrələrin əvəzedilməzi olan kəklikotu, vitamin mənbəyi sayılır. Bir çox problemi aradan qaldıran kəklikotunun tibbi faydalarını saymaqla bitməz. Öskürəyə kömək edir, təzyiqi aşağı salır, immunitet sistemini gücləndirir. Ağız sağlamlığına faydalıdır. Sızanaq və digər dəri problemlərini aradan qaldırmağa kömək edir. Əzələ ağrılarını azaldır. 

Cirə

Yeməklərin və salatların əvəzedilməz ədviyyatı olan cirəni çay kimi də qəbul etmək olar. İmmunitet sistemini gücləndirir, dəmir baxımından zəngindir. Saç tökülməsinin, saçda kəpək yaranmasının və yağlanmanın qarşısını alır. Astma xəstələrinə kömək edir, xərçəngin qarışısını alır.

Qırmızı toz bibər

Qırmızı toz bibər, alzheimer xəstəliyinin müalicəsinə kömək edir. Fərqli yollarla çəki atmağa kömək edir.

Zərdəçal

Zərdəçalın tərkibindəki maddələr virusun, bakteriyanın, göbələyin hətta xərçəngin qarşısını alma xüsusiyyətinə malikdir. Onun gücündən faydalanmaq üçün necə qəbul etməli olduğunuzu öyrənməlisiniz. Beynin fəaliyyətini gücləndirir, ürək problemlərinin qarşısını alır, xərçəngi sağalda bilir. İltihabın qarşısını alır və depressiyanı müalicə edir (kayzen.az).