Ağırlıq qaldırma məşqlərinin FAYDALARI
Yerdən qaldırma (становая тяга) məşqi olduqca vacibdir. Onun orqanizmə və bədənə olan xeyiri əvəzsiz olub, ən əsas məşqlərdən biridir.
Redaktor.az xəbər verir ki, bu məşqin insan orqanizminə faydaları çoxdur.
Piy
Piylənmə ilə mübarizədə aerobika yaxşı üsuldur. Lakin güc məşqləri ilə piyləri daha tez əritmək olar. Belə nəinki arıqlayacaqsınız, üstəlik əzələ kütləsi də əldə edəcəksiniz. Yerdən qaldırma – ən uyğun məşqlərdəndir.
Qamət
Yerdən qaldırma qamətin düz olmasına cavabdeh olan əzələlərə işləyir. Bu məşq ilə onurğa sütununuzu tez bir zamanda düzləşdirə bilərsiniz.
Təhlükəsizlik
Yerdən qaldırma – trenajor zalında ən təhlükəsiz məşqdir. Siz ştanqanın altında qalmayacaqsınız, ştanqa əlinizdə arxaya düşməyəcəksiniz. Çox ağır olduğu zaman ştanqanı rahat yerə ata bilərsiniz. Köməkçi belə sizə lazım deyil.
Hormonlar
Bu məşq testosteron hormonlarının ifrazatını stimullaşdırır. Əzələ artımı və sümüklərin bərkiməsi prosesi aktivləşir.
Ucuzdur
Yerdən qaldırma məşqi üçün bahalı qaçış krossovkaları və elit trenajorlar lazım deyil. Bunun üçün sizə ştanqa, çəkilər və xalça yetərlidir.
Zədələr
Yerdən qaldırma məşqi vətər və bağlar ətrafında olan əzələləri möhkəmləndirir. Beləki, əks halda idman zədəsi almaq olduqca asan bir haldır. Xüsusəndə bu dizaltı vətər və belin aşağısına aiddir (kayzen).