Yeyərək arıqlamaq MÜMKÜNDÜR?
Monopəhrizlər (yalnız 1 və 1-2 məhsulla qidalanma) dietoloqlar tərəfindən ziyanlı və effektsiz sayılır
Redaktor.az xəbər verir ki, hər gün insan lazım olan miqdarlarda zülalları, karbohidratları, yağları, vitamin və mikroelementləri və s. onun həyatı və sağlamlığı üçün vacib olan maddələri almalıdır. Bunabalanslaşdırılmış qidalanmadeyilir. Əgər insanın orqanizmi uzun müddət ərzində hər hansı vacib maddəni almazsa, bu onun sağlamlığına mənfi təsir edəcək.
Digər tərəfdən tez arıqlama insanın orqanizmi üçün ziyanlıdır. Bu zaman orqanizmdə gedən bir çox proseslər pozulur.
Azkalorili pəhrizlər dietologiyada daha məqsədəuyğun və sağlam hesab olunur. Bu pəhrizlər insanı bütün lazım olan maddələrlə təmin edir. İnsan ac qalmır, öz sağlamlığına ziyan vurmur və bununla yanaşı çəki tədricən azalır. Əgər siz bu pəhrizlə yanaşı idmanla məşğul olsanız, arıqlama prosesi daha tez gedəcək.
Pəhrizin şərtləri:
1. Qida gündə 5 dəfə qəbul olunur. Yatmazdan əvvəl 1 stəkan 1%-li kefir içmək olar.
2. Səhər və nahar, nahar və şam yeməklərinin arasında alma, portağal və ya hər hansı digər meyvələr (banan və üzümdən başqa) yemək olar.
3. Pəhriz zamanı şirniyyatlar, un məmulatları, yağlı, qızardılmış, duzlu, hisə verilmiş, marinada qoyulmuş qidalar rasiondan tam çıxarılmalıdır.
4. Yeməkləri suda, buxarda və ya sobada yağsız şəkildə bişirmək lazımdır.
5. Yemək porsiyaları kiçik olmalıdır — 150-200 qr.
6. Gün ərzində 2-3 tikə kəpəkli çörəyə icazə verilir.
7. Gün ərzində 1,5-2 litr maye qəbul olunmalıdır (şirin içkilər və şirələr istisna olunur).
Pəhriz zamanı təmiz qazsız su, yaşıl çay, itburnu və moruqdan hazırlanmış çaylar daha çox məsləhət görülür.
Pəhrizin variantı:
Birinci səhər yeməyi (təxminən saat 8-də) — suda bişirilmiş sıyıq (qarabaşaq, yulaf, arpa və s.) və ya buğda bişirilmiş omlet və ya qaynadılmış yumurta ilə 1 tikə kəpəkli çörək və ya az miqdarda pendirlə 1 tikə çörək.
İkinci səhər yeməyi (təxminən saat 10-da) — 100 qram kəsmik və ya təbii yoqurt (şirin yoqurt olmaz!) və ya limon şirəsi sıxılmış tərəvəz salatı göyərti ilə və ya buxarda tərəvəzlərdən hazırlanmış püre.
Nahar (təxminən saat 12-13-də) — qaynadılmış yağsız mal əti, balıq və ya quş əti (təxminən 100-150 qram) ilə birlikdə buxarda bişirilmiş tərəvəzlər, tərəvəz salatı göyərti ilə və ya tərəvəz şorbası. 1 tikə kəpəkli çörək də əlavə etmək olar.
İkinci nahar (saat 16-17) — buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı göyərti ilə və ya 100 qram kəsmik və ya bioyoqurt.
Şam yeməyi (saat 18-19) — buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı göyərti ilə və ya 150 qram kəsmik.
Bu pəhrizi 2-3 ay ərzində saxlamaq olar.
Nəzərinizə çatdıraq ki, bu və ya istənilən digər pəhrizi saxladıqdan əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi xəstəliklər və pozulmalar zamanı pəhriz saxlamaq olmaz (saglamolun.az).