Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını TAPDI

 10:37 06.09.2024     488

Dünya şöhrətli azərbaycanlı professor Məsud Aşina miqren xəstəliyinin dərmanını tapıb. O, bu nəticəni bir qrup alimlə birlikdə əldə edib. 

Redaktor.az xəbər verir ki, bu barədə Avropa mediasında yayılan məlumatda bildirilir ki, hipofiz adenilat siklazı aktivləşdirən polipeptidin (PACAP) hədəflənməsi miqrenin müalicəsi üçün yeni bir yoldur. 

Screenshot_1.png (256 KB)

Məsud Aşina 29 dekabr 1965-ci ildə Bakıda doğulub. Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. 

Məsud Aşina dünyanın ən yaxşı on miqren mütəxəssisindən biri hesab olunur. 

Onun vətənpərvər keyfiyyətləri də xüsusi qeyd olunmalıdır. Otuz ildən çoxdur Vətəndən uzaqda yaşamasına baxmayaraq, onunla əlaqəni heç zaman kəsməyib. Azərbaycanın ən kritik anlarında dövlətinin yanında olub. “YAŞAT” Fondunun işində yaxından iştirak edir. Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvüdür.