Alimlər yağ toxumasını yaxşılaşdırmağın yolunu tapdılar

 00:02 09.09.2024     561

Müntəzəm olaraq idman edən obez insanlar daha sağlam yağ toxumasına malikdirlər.

Redaktor.az xəbər verir ki, bunu “Nature Metabolism” jurnalında dərc olunan araşdırma göstərib.

Tədqiqatçılar iki qrup obez insanı müqayisə ediblər: iki və ya daha çox il həftədə ən azı dörd dəfə idman edən 16 nəfər (orta hesabla 11 il) və heç vaxt müntəzəm idmanla məşğul olmayan 16 nəfər.

İştirakçıların qarın nahiyəsindən dərialtı piy toxuması nümunələrinin təhlili fərqlər göstərib. Aktiv obez insanların hüceyrələrində daha çox qan damarları, həmçinin mitoxondriyalar, hüceyrə enerjisinin istehsalına cavabdeh orqanoidlər olub. Onlarda iltihab və metabolik pozğunluqların daha az markerləri olub.

Alimlər hesab edirlər ki, müntəzəm məşq obez insanları daxili orqanlar (visseral yağ) ətrafında piylərin yığılmasından qoruya bilər. Bu növ yağ diabet, xərçəng, qaraciyər və ürək xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Fiziki fəaliyyət dərialtı yağ toxumasının səmərəliliyini artırır, bu da visseral yağ faizini artırmağı lazımsız edir.

Turan İSMAYIL